Azerbaycan Milli Hereketinde Ana Dil Faktoru



Prof. Dr. Qulamrza Səbri Təbrizi

Azərbaycanin Güneyində gedən milli-azadlıq hərərkatında ana dilinin əhəmiyyətini və dilə münasibətdə qeyri- milli dövlətin reaksiyasini anlamaqdan ötürü bu prosesə Rza şahın zamanından – 1925-ci ildən nəzər salmağa ehtiyac vardır. O zaman ana dilinin gücünü və qeyri- milli dövlətin bu güc qarşısında qorxub titrədiyini görmək mümkündür.

Azərbaycanin Güneyində gedən milli-azadlıq hərərkatında ana dilinin əhəmiyyətini və dilə münasibətdə qeyri- milli dövlətin reaksiyasini anlamaqdan ötürü bu prosesə Rza şahın zamanından – 1925-ci ildən nəzər salmağa ehtiyac vardır. O zaman ana dilinin gücünü və qeyri- milli dövlətin bu güc qarşısında qorxub titrədiyini görmək mümkündür. Uşaqlıqda yadıma gəlir ki, məktəbdə bizi altı yaşından fars dilində danişmağa məcbur edirdilər, danişa bilməyəndə cərimələyir, “eşşək” adı verməklə qorxudurdular və təziqi o həddə çatdırmışdilar ki, Rza şahın zamanında adam özunə “türk” deməyə utanırdı. Ata- analar bu həqarətdən qurtarmaqdan ötürü nə yolla olursa olsun uşaqlarına və ailələrinə fars dilinin öyrədilməsinə səy göstərirdilər. Hətda yadıma gəlir ki, ailələr fars dilində danişmağa fəxr edirdilər, farsca bilən qizlara, gəlinlərə üstünlük verirdilər. O da yadima gəlir ki, atam Tehrana və Məşhədə gedəndə farsca ilə turkcəni qarışdırib elə danışırdı ki, guya farscani bilir. O, bununla öz şəxsiyyətini üstün tutmağa çalışırdı. Biz də onun bu hərəkətini yamsılayaraq deyib–gülürdük. Bu qorxu və həqarət Azərbaycan Demokrat Firqəsinin gəlişi ilə buz kimi əridi. Azərbaycan xalqı xüsusən uşaqlar və gənclər qürurla öz dillərində məktəblərə başladilar.Hər axşam uşaqlar fərəh hiss ilə filan hərfi yazdiqlarını, filan şeri öyrəndiklərini deyirdilər. Bu qürür və dirçəliş haləti yalnız evlərdə deyildir, zavodları, fabrikləri də, bürümüşdü. Atamin xalça zavodunda işləyən gənc oğlan və qızlar fasilə zamani axşam məktəbdə oxuduqlari, öyrəndikləri kitablardan söhbət eyləyirdilər.Azərbaycanın Güneyində Milli Hökumətin bir illik hakimiyyəti, ana dilinin azad olunmasi, milli- azadlıq hərəkatına böyük təsir göstərdi. Tehran höküməti bütün vasitələrə bu hərəkatın qarşısini almağa çalışırdı. Onlarin tapşırığı ilə mollalar və məscid başçıları öz söhbətlərində türk məktəbində oxumağı ziddi-islami olduğunu təbliğ edir, bunu allahsizliqla bərabər tuturdular.

Atam türkcə məktəb acıldiqdan iki ay sonra evə gəlib müctəhidin türk məktəblərinə gedənlərin Həzrəti- Əlinin üzünə qılınc çəkdiyini, islama qarşı olduğunu söyləndiyini bildirdi və qardaşım İbrahimlə məni mollaxanaya qoydu.

Digər tərərfdən dövlət idarələrində türk dilinin güclənməsinin qarşısı alınırdı. Belə ki, öz dillərində danişanları bisavad, pantürkist, ruspərəst adlandırırdılar, iddiham edirdilər. Tehran radiosu gecə-gündüz türk dilinin əlehinə təbliğat aparırdı. Amma bu maneələrə baxmayaraq, türk məktəbində oxumaq və dövrün uşaqlarında dərin təsir oyatdı, ana dilində təhsilin və rəsmi dövlət mərasimlərinin mümkünlüyü inamını formalaşdırdı.
Yadimdadır ki, Pişəvəri bizim məhəlləyə gələndə mən təccüb ilə onun bizim dilimizdə danışdiğını anama söylədim. Çünki, o vaxta qədər vəzifə sahiblərini, başçıları həmişə özgə dildə danişan görmüşdüm. Bu məndə ona qarşı hörmət yaratdı. Yaxud dərsdə müəllim mənim halımı türkcə soruşanda buna təccüblənir və sevinirdim.

Tehran ordusu gəlib milli hərəkatı qan dənizinə qərq edəndə mənim 10-12 yaşım vardi. Rza şahın oğlu Məhəmmədrza şah radiodan dedi ki, həyatın qədrini o adam bilər ki, müsübətə düşsün. Bunu eşidəndə mən öz-özumə dedim ki, axı biz nə müsübətə düşmüşdük.
Azərbaycan Milli Höküməti yıxılan zaman türk dilində yazilan kitablar yığılaraq meydanlarda yandırıldı. Kitabxanalardan kitabları yığıb məhv etdilər, ana dilini- həqiqətdə isə milli istiqlalımızı oda çəkdilər. Düşmənlərimiz yaxşı bilirdilər ki, ana dilində məktəb açılması milli hətəkatın güclənməsinə, mədəniyyətin möhkəmlənməsinə - nəhayətdə Azərbaycanin müstəqilliyinə aparacaq. Buna görə də 1946-cı ildən sona təziyətələblik, pantürkistlik və.s. adlara düşən insanları həpslərə, sürgünlərə, ölümə məhkum etməyə başladilar və bu vəhşət o qadər qorxulu idi ki, dövlət idarələrində fars dilindən ayrı dildə danişmaq təhlükəli idi. Türk dili qısa bir zamanda hər yerdən yığışdırıldı və yenə köhnə həqarəti davam etdirməyi başladilar. Bu 1950-ci ildə Musəddiqin baş nazir seçilməsinə qədər davam etdi. Bundan sonra bəzi şairlər ana dilində şer yazmağa başladılar. İctimai-siyasi mühütün bir qədər yumşalması ana dilinin inkişafına güc verdi. Şəhriyarın ana dilində yazmağa başlaması “ Heydər babaya salam”ın yaranması bu dövrə təsadüf edir, amma yenə “Heydər babaya salam”ı, Sabirin “Hop-hopnamə”sini, “Kitabi- Dədə Qorqud”u oxumaq, evdə saxlamaq cinayət hesab olunurdu. 1950-1952-ci illərdə qorxu nisbi olaraq götürülmüşdü. 1953-cü ildə Müsəddiq devrildikdən sonra mənim gözümün qabağında onun evini topa tutdular, bir çox insanları həps və edam etdilər. Ölkədən qaçmış Məhəmmədrza şah qayıtdı və islam inqilabına qədər onun hakimiyyəti sürdü.

Yetmişinci illərdə siyasi təzyiq bir qədər azalanda Səməd Behrəngi kimi ziyalılar türk dilini kənd uşaqlarına öyrətməyə çalışdılar. Bununda milli hərəkatda müsbət izlərini görmək mümkündür.
İslam cumhuriyyəti dövründə bir sıra qəzet və dərgilər türk dilində çıxmağa başladı. Amma qanuni-əsasında türk dilinin işlədilməsi bu dildə məktəbin açılmasi Tehran hökümətini qorxutdu. Yenə həmin töhmətlərlə ana dilini təqib edilir, şah zamanında olduğu kimi təziyətələb, pantürkist və.s adlarla damğalanır. Hətda bu ilin 21 fevralinda dünyada Ana dili elan olunan günü Təbrizdə kiçik bir konfransin keçirilməsinin qarşısini aldilar.Və yenə də göstərdilər ki, Tehran höküməti və fars şovnizmi bizim ana dilimizin bazası, məktəbi olunmasindan nahayətdə milli hərəkatın güclənməsindən qorxur. Özünün qeyri-qanunu və qeyri-insani hakimiyyətini türk və digər xalqlar üzərində yeritmək üçün ana dilinin və milli mədəniyyətin qarşısını hər cür üsulla almağa çalışır. Bir sözlə Azərbaycanın düşmənləri bilirlər ki, onun gücü, gələcəyi, müstəqilliyi ana dilinə bağlıdır. Buna görə də ana dili Günüy Azərbaycanin milli strategiyasinda mühüm rol oynayacaqdir. Ana dilində məktəblər açılmadan istiqlaliyyətə nail olmaq mümkün deyil. Azərbaycanın Güneyində canli hərəkat gedir, bu göstərit ki, ana dilimizin rişəsi kəndlərimizdə, şəhərlərimizdə xalqin ürəyindədir. Bu hərəkat yavaş-yavaş özünün siyasi yoluna düşür. Bunu daha dərin milli hərəkata çevirmək üçün bütün qurumlarin, fikirlərin bir yerə yıgişması, vahid strategiyadan şıxış edilməsi lazimdir.Çünki gücümüz birliyimizdə, varlıgimiz, kimliyimiz ana dilimizdədir. Əgər bunu anlamasaq ana dilinin əhəmiyyətini dərk etməsək, umumbəşəri məsələlərdə də müvəffəq ola bilmərik. Çünki bəşəri məsələlərdən qabaq milli problemlərin həllinə ehtiyac duyulmaqdadır.

Qaynaq: Gunaskam

No comments: