Paşa Sarxanlı
Bir insanın düşünmə, yaradıcılıq və öyrənmə sürəcində(prosesinde), ana dilinin mərkəzi rolu var: İnsan
dil fikir
Fikir dil
Yaradıcılıq dil
Sözə hakim olmaq, öz səsini danışıq və yazı şəklində başqalara yetirmək, bir ölkədə yaşayan bütün insanların doğal haqqıdır. Bu haq insani və demokratik bir toplumun təməl daşıdır.
Ana dilini qazanma, ana qarnından başlayıb, bütün həyat boyu devam edən bir sürəcdir.
Əyər bir fiziki vəya insanlardan uzaq saxlanma durumu yoxsa, doğumdan başlayaraq 5 yaşa qədər dəvam edəbilən danışıq dilinin qarmaşıq yapısının inkişafi bütün insanlar üçün bir və eynidir.
Uşaqlar 6 yaşdan başlayaraq, 12 yaşlarına qədər, ana dilinin fontetik(səs) durumunu, söz varlığını və sözlərin anlam və cümlə içində yerlərini, danışıq qalıbını və dili işlətmənin qarmaşıq quruluşunu qavrayıb əldə edərlər.
Qısaca demək isdərsək; doğumla başlayan danışıq dilinin inkişafı, ümumi məktəb sistəmi içində, oxuma-yazma ilə də birləşər və beləliklə birey(fərd), ana dilinin dütün istifadə sahələrini qavrayıb, qazanmış olur.
Hər yeni təhsil mərhələsində, bilginin çoxalan akademik yapısı və cürbəcür-lüyü nədənilə, dildən istifadə etmənin sahələri də genişlənir.
Dil yoluyla insanlar birbir-ləri ilə müxtəlif toplumsal və duyqusal(ehsasi) əlaqələrə girişərlər.
Bir dilə hakim olabilmək üçün, o didə mövcud olan kodlara əl tapmaq gərəkir.
Bir dilin kodları, o dilin söz xəzinəsi, gramatik yapısı, semantik(anlam) və fonolojisindən(səsbilimindən) ibarətdir.
Bundan əlavə dil kodlarının başqa insanlarla əlaqədə, necə işlədilməsi bilinməlidir.
Bir fərdin; dil, şəxsiyyət və fikir inkişafı baxımından, ana dilinin mərkəzi rolu var.
Ailəsi başqa bir dil ortamında yaşayan bir fərdin doğma ana dilini yaxşı bilməsi; o fərdin öz dildaşları ilə müxtəlif əlaqələrə girərək, dili daha da gəlişdirməsinə səbəb olar. Bələ bir fərdin, ana dil platformunda duraraq; özünə inanması və öz varlığına hörmət gözüylə baxması, güclü və sarsılmaz bir hüviyyətə malik olması və öyrənmə gücünü yüksəltməsi baxımından, ana dilinin təyin edici rolu, elmin və təcrübənin açıqca göstərdiyi bir gerçəkdir.
Ana dilini yaxşı bilmək, onu oxuyub-yaza bilmək, bir insanın mənsub olduğu kültür, tarix və ədəbiyyatın qapılarını aça bilən altun bir açara sahib olması deməkdir.
30 milyonluq Güney Azərbaycan və İran türklərinin ana dilində yazıb-oxumaları yasaqdır !?
keçən günlərdə, ana dil tələbatında olan azərbaycanlı aydınlara qarşı yazılan bir söz oxudum:” əyər türklər fars dilinin yerinə, türk dilində oxuyub-yazmaq isdirlərsə, iranı tərk etsinlər”
Başqa bir yazıda isə “ Yanbancı türklərin, İranda min illik hökmranlığı” məzmunlu, başqa bir sözə rast gəldim.
Və son olaraq; 1999,da 21 fevralı “uluslararası ana dili günü” olaraq elan edən; UNESCO genəl sekreterinin sözləri” Dillər insanlığın müştərək geyri-maddi servetlərindəndir. Yox olmaq təhlükəsində olan dillər qorunmalıdır. Ana Dili Gününün əsas qayələrindən biri budur”.
Sonra bildiyimiz kimi bu cənab Aryamehrin yalaqçı qalıntıları, dünyanın ən eski mədəniyyətini yaratdıqlarını iddəa edəcəklər. Soruşması ayıb olmasa demək isdərdim: “Əfəndilər bəs siz bu qədər yüksək təməddünə yetişmiş bir dünyada nədən bu qədər əcəmi və təməddünsüz olmuşsuz? Min il bir diyarda hökmranlıq edib, mədəniyyətlər yaradan bir xalq biganə sayıla bilərmi? Siz əlinizdən gəlirsə, 30 milyonluq bir xalqı, öz ana dillərini sevmələri gərəkçəsilə yurt dışı etmək isdirsiz. Azəri türkcəsini, 80 il sürəsincə inkar etdiniz, ən fəci təhqirlərə layiq gördünüz, yasaqlayıb yox etməyə çalışdınız. Amma şükürlər olsun, günümüzdə bu dilin baxtı-iqbalı hər tərəfdən açılmaqda, qeyrətli oğul və qızları ana dillərının son qurtuluşu üçün qələmlərini itildib, meydana giriblər. Bilgisayar və internetin inkişafıda ən çox azəri türkcəsinin işinə yarayıb. Siz hər halda bu dili qətl etmək vəya son çarə olaraq bu dili danışanları yurt dışı etmək röyasını özünülə torpaq altına aparacaqsınız. Zatən 2500 il bundan qabaq yaratdığınız mədəniyyət, bugünkü mədəniyyətizdən fərqsiz idi. Bu xüsusu daha sənədli diçimdə qavraya bilmək üçün; Naser Pur Pirarın tarix kitablarını oxumayı sizə tövsiyə edirəm. Bundan başqa türklərin, İran ovalarında, pars yürüşündən çox daha öncə mədəniyyətlər yaradan bir xalq olduğu, gün keçdikcə bilim və teknik sayəsində parlayıb, üzə çıxmaqdadır.
Güney Azərbaycanlı və iranlı türklərin durumu: Acı bir gerçəyi etiraf etməyə, özümü məcbur kimi hiss edirəm. Yoxarda qeyd etdiyim irqçı və faşist pan aryançılar 80 il sürəsində, Azərbaycan xalqına və dilinə böyük yaralar vurub, sədmələr yetiriblər. Əsarətdə yaşayan xalqın zavallı balalarından çoxlu manqurtlar yaradıblar. Son zamanlar, İran İslam Cumhurisi ələdaşılarından birisi, Azərbaycan respublikasında bir jurnalistin “Nədən Azəri türklərə öz ana dillərində oxuyub-yazma haqqı tanmırsınız?” sorusunu “Onlar öz ana dillərində oxuyu-yazmaq isdəmirlər” biçimində cavablamışdı. Bu xəsmanə və xainanə sözün içində bir gerçək var; Onlar çoxlu-çoxlu manqurtlar yaradıblar. “Manqurt”; Çəngiz Aytmatofun anlatımıyla yanı ərbabın dəsturuyla, öz anasını qurşunlayan kimsə. İrandaki şərayiti bir kənara buraxın, xaricdə və Avrupa-Amerika kimi demokratik ölkələrdə yaşayan milyonlarca azərbaycanlı və hətta onların ən fəalları, öz uşaqlarına ana dili klasları təşkil etməkdən çəkinib, qaçınırlar. Bunun yanında uşaqlariyla farsca danışan və onlara məktəblərdə farscanı ana dili olaraq oxutduranların sayı da az deyildir. Mən bir ana dili müəllimi olaraq, hər şeydən qabaq bütün dünyaya və qeyrətli Azərbaycan gənclərinə bu manqurtlar əlindən haray çəkmək isdirəm. Özümü deməsindən saxlaya bilmirəm: Bunlar Azərbaycan xalqının və dilinin ən böyük və ən xətərli düşmanlarıdır. Azərbaycan mübarizləri ilk-öncə ölkənin qan damarlarına sızan bu xəyanət peşələrlə, öz mərzlərini müəyyən etməlidirler. 150 dildə ana dili oxudulan İsvəç ölkəsində, sadəcə 4 azərbaycanlı uşaq, həftədə bir saat Azərbaycan türkcəsində dərs oxuyurlar. Ölkənin genəl istatistikində bu say 5 olaraq keçməkdədir. Gənədə şükr olsun, İsvəçdə sayları ən az 10 min olan azərbaycanlıların, dört balası öz ana dilinə maraq yetirir. Onlara və onlara bənzəyələrə eşq olsun və yolları nurla dolsun.
Həmvətənlərim! Çox açıq bir gerçəkdir ki biz bir dəfə daha özümüzdən başlamalıyıq, bunu dərhal başlamalıyıq. Ana dilimiz varlığımızdır, ana dilimiz hər şeyimizdir, onsuz biz yoxuq. Bu yaxşı bilinməli və yaşadılmalı altun bir sözdür. Bütün azərbaycanlılardan, öz ana dillərində oxuyub-yazmaları isdənməlidir. Bu kəsinliklə geyri demokratik və radikal bir isdəm deyildir.
Qaynaq: AzaTribun

No comments:
Post a Comment